525.Az

MBNP kapitalının strukturunu açıqladı


 

MBNP kapitalının strukturunu açıqladı<b style="color:red"></b> Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitalının strukturunu açıqlayıb.

"APA-Economics" Palatanın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, MBNP-nin kapitalı onun nizamnamə fondundan və kapital ehtiyatlarından ibarətdir.
 
Nizamnamə fondu Azərbaycan prezidentinin 2016-cı il 10 mart tarixli fərmanı ilə təsdiq edilən nizamnamənin 10-cu bəndində qeyd olunmuş 5 mln. manat vəsaitdən ibarətdir.
 
MBNP-nin kapital ehtiyatları isə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin, Dövlət Qiymətli Kağızlar Komitəsinin və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin ləğvetmə prosesinin başa çatdırılması nəticəsində Palataya istifadəyə təhvil verilmiş əmlakdan və qeyri-maddi aktivlərdən, o cümlədən, Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan inzibati binadan (3 mln. 560 min manat), nəqliyyat vasitələrindən (82 min manat), maşın və avadanlıqdan (477 min manat), digər əsas vəsaitlərdən (72 min manat) və qeyri-maddi aktivlərdən (1 mln. 489 min manat) ibarətdir.
 





03.05.2017    çap et  çap et