525.Az

"İslamiada zamanı təhlükəsizlik təmin olunacaq"


 

"İslamiada zamanı təhlükəsizlik təmin olunacaq"<b style="color:red"></b> "Azərbaycanlılar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti əlindən gələni edir ki, əmin-amanlıq olsun".
 
APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
 
DTX rəisi IV İslam Həmrəyliyi Oyunlarının çox vacib tədbir olduğunu vurğulayıb: “Azərbaycan prezidenti İlham Əliyev bu ili "İslam Həmrəyliyi ili" elan edib. Bu çərçivədə yarış Azərbaycanda keçiriləcək. Tədbirin təhlükəsizliyi təbii ki, təmin olunacaq".
 





03.05.2017    çap et  çap et