525.Az

Nazir: "Kitabxanalarda pulsuz “Wi-Fi” olmalıdır”


 

Nazir: "Kitabxanalarda pulsuz “Wi-Fi” olmalıdır”<b style="color:red"></b> “Kitabxana adlandırılan məkanlarda mütləq pulsuz “Wi Fi” olmalıdır”.
 
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yaradılan “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimat mərasimində deyib.

Nazir qeyd edib ki, kitabxanalar elektron xidmətlərinin əhatə dairəsini genişləndirməlidir:

“Elektron xidmətlər təkcə kitabxana fəaliyyəti ilə məhdudlaşmamalıdır. Burada Azərbaycanın mədəniyyəti, tarixi abidələri haqqında məlumatlar geniş şəkildə öz əksini tapmalıdır”.
 
Nazir çıxışında kitab təbliği istiqamətində görülən işlərdən də danışıb:

"Biz kitabxana şəbəkələrində kitab satışının təşkilinə dair təkliflər irəli sürmüşük. Azərbaycan Kitab Kollektorunun fəaliyyətində yeniliklər olacaq. Bu il regionlara keçən ilə nisbətən iki dəfə daha artıq kitabların göndərilməsini təşkil etdik. Əsas üstünlük uşaq kitablarına verilib. Bu sahədə Milli Kitabxananın işinin qiymətləndirməklə yanaşı, onun qarşısında daha geniş şəkildə bu xidmətlərin göstərilməsi məqsədini qoyuram.

Milli Kitabxanada "Açıq kitabxana"nın təşkili Azərbaycan cəmiyyətinin mədəni cəmiyyət olmasının göstəricisi və əlamətidir".
 





04.05.2017    çap et  çap et