525.Az

BSU-nun fasadındakı mozaika bərpa olunur


 

BSU-nun fasadındakı mozaika bərpa olunur<b style="color:red"></b> Bakı Slavyan Universitetinin binasının fasadında Azərbaycanın görkəmli ədiblərinin portretlərini şərq motivləri fonunda əks etdirən mozaik panno bərpa olunur.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bərpa işləri ölkə prezidentinin tapşırığına əsasən aparılır.
 
Qeyd olunub ki, fasadın bərpa işlərinin eskiz-layihəsi Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Memarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Dövlət Rəssamlıq Akademiyası mütəxəssislərinin təklifləri nəzərə alınmaqla hazırlanıb.

Bununla bağlı ötən ilin oktyabrında Təhsil Nazirliyinin təşəbbüsü ilə işçi komissiya yaradılıb.

Komissiya Əməkdar rəssam Elmas Hüseynov tərəfindən vaxtilə yaradılıb və hazırda saxlanılan eskizlər, habelə binanın təmirdən öncə çəkilmiş fotoşəkilləri əsasında sözügedən mozaik pannonun bərpasını məqsədəuyğun hesab edib.
 
Bu tədris ilinin sonunadək Bakı Slavyan Universitetinin binasının fasadında mozaik panno tam bərpa olunaraq öz əvvəlki görkəmini alacaq.
 





04.05.2017    çap et  çap et