525.Az

Namiq Dəlidağlıdan yeni kitab


 

Namiq Dəlidağlıdan yeni kitab<b style="color:red"></b>

Şair Namiq Dəlidağlının "Otel otağından reportaj" adlı yeni kitabı işıq üzü görüb. 

Kitaba, əsasən, şairin son illərdə qələmə aldığı şeirləri daxil edilib. Vətən və insan sevgisi kimi klassik mövzulara yeni nəfəs  verib, yeni çalar qatan müəllif qarşısına ənənəvi - milli çərçivədən çıxmaq kimi məqsəd qoymayıb. Məqsəd bu mövzuları yeni üslubda, fərqli biçimdə oxucuya təqdim etməkdir.

O, son illərdə şahidi olduğu, eşitdiyi məlumatları çox ustalıqla qələmə alıb. Kitab insan-şair qəlbində sıralanmış arzu, istək və niskilin poetik dillə ifadəsidir.

 





04.05.2017    çap et  çap et