525.Az

“Barselona”da baş məşqçi işləmək istəmədi


 

“Barselona”da baş məşqçi işləmək istəmədi<b style="color:red"></b>

“Barselona” sabiq oyunçusu, hazırda Qətərin “Əl-Sədd” klubunun şərəfini qoruyan Xaviyə gənclərdən ibarət komandasında baş məşqçi işləməyi təklif edib.

Qol.az-ın xəbərinə görə, bu haqda “Sport.es” saytı məlumat yayıb. Bildirilir ki, 37 yaşlı futbolçu bu təklifi qəbul etməyib.

O, qərarını məşqçilik kursunu hələ başa vurmamaq və futbolçu karyerasını davam etdirməklə əsaslandırıb.

Xəbərdə qeyd edilir ki, Kataloniya klubunda Xavinin növbəti mövsümdən “Barselona B”yə başçılıq edəcəyini ehtimal edirmişlər.

Əlavə edək ki, məşhur futbolçunun “Əl-Sədd”lə müqaviləsi 2019-cu ildə başa çatır.

 





04.05.2017    çap et  çap et