525.Az

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondu prezidentini qəbul etdi


 

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondu prezidentini qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.
 
APA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
 
Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edilib, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulanıb.
 
Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirilib.
 





04.05.2017    çap et  çap et