525.Az

"Gənc muzeyşünaslar və muzeysevərlər klubu" yaradıldı


 

"Gənc muzeyşünaslar və muzeysevərlər klubu" yaradıldı<b style="color:red"></b>

Mayın 3-də AMEA-nın Azərbaycan Tarixi Muzeyində "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə klubun yaranmasından, məqsəd və məramından geniş söz açılıb.

Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, klublar ilk növbədə insanların ünsiyyət yeridir. Məhz klub formaları - sosial, yaş, peşə, elmi, mənəvi maraqlarına görə insanları birləşdirməyə qadirdir. Bunu əsas götürərək Milli Azərbaycan Tarixi Muzeyində muzey mexanizmi necə çalışır sualına cavab tapmaq istəyən gənclər üçün "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun yaradılması məqsədəuyğun hesab edilib.

Bildirilib ki, klubun təşkil edilməsində əsas məqsəd muzey işi üzrə kadrların hazırlanmasıdır.

Klubun auditoriyasına Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Humanitar Kollecində "Muzeyşünaslıq" ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, muzey işinə maraq göstərən könüllülər daxildir.

Diqqətə çatdırılıb ki, yeni yaranan klubun ideya müəllifi və layihə rəhbəri muzeyin xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Əkbərovadır.

Tədbirdə çıxış edən digər natiqlər "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun yaradılmasını yüksək qiymətləndirib və klubun fəaliyyətinin iki istiqamətdə həyata keçiriləcəyini söyləyiblər.

 





04.05.2017    çap et  çap et