525.Az

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək


 

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək<b style="color:red"></b> Mayın 15-dən  yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, 15 may  2017-ci ildən yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və 38/37 saylı Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
 





04.05.2017    çap et  çap et