525.Az

Ötən il 50-dən çox işçi Mərkəzi Bankı tərk edib


 

Ötən il 50-dən çox işçi Mərkəzi Bankı tərk edib<b style="color:red"></b>

2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) işçi heyətinin sayı azalıb.
 
"APA-Economics" AMB-nin "PricewaterhouseCoopers" şirkəti tərəfindən aparılan audit hesabatına istinadən xəbər verir ki, 31 dekabr 2016-cı il tarixinə bankın 594 işçisi olub.

Hesabatda deyilir ki, 2015-ci ildə tənzimləyicinin 646 nəfər işçisi var idi. Beləliklə, ötən il ərzində 52 nəfər AMB ilə yollarını ayırıb.
 
Qeyd edək ki, Azərbaycan ərazisində AMB-nin 6 ərazi idarəsi fəaliyyət göstərib.

 





04.05.2017    çap et  çap et