525.Az

"BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnundur"


 

"BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnundur"<b style="color:red"></b>

"BMT Sivilizasiya Alyansı Azərbaycanla əməkdaşlıqdan məmnunluq duyur".

APA-nın məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser deyib.

BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi deyib ki, mədəniyyətlərarası dialoqla sülhə nail olmaq mümkündür:

"Bakı prosesi" bu baxımdan mühümdür. Mədəniyyətlərarası dialoq vacib bir elementdir. Mədəniyyətlərarası dialoqu gücləndirmək ekstremizmə qarşı mübarizədə çox vacibdir. Forumda irəli sürüləcək bir sıra təklif və təşəbbüslər, mükafatlar elan ediləcək. Mükafatın təsis olunması çox mühüm bir təşəbbüsdür. Mən Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqda rolundan xəbərdaram".

 





04.05.2017    çap et  çap et