525.Az

Səfir: “Azərbaycandakı yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıb”


 

Səfir: “Azərbaycandakı yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıb”<b style="color:red"></b>

“Azərbaycanla İsrail arasındakı əlaqələr mükəmməldir”.
 
APA-nın məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
 
O bildirib ki, insanlar arasında təmaslar intensiv xarakter daşıyır: "Azərbaycanda yaşayan yəhudilər heç vaxt ayrı-seçkiliyə məruz qalmayıblar. Onlar burada cəmiyyətin bir hissəsi kimi yaşayırlar".

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə səfir deyib ki, bütün münaqişələr sülh yolu ilə həllini tapmalıdır: "İsrail Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik".

 





04.05.2017    çap et  çap et