525.Az

Azərbaycan əsgəri iki hərbçi yoldaşını yaralayıb


 

Azərbaycan əsgəri iki hərbçi yoldaşını yaralayıb<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri iki hərbçi yoldaşını yaralayıb.

APA-nın məlumatına görə, hadisə mayın 1-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Aqil Rəsulovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşları Ceyhun Əmiraslanov və Şahin Rəhimova dəyib.
 
Hər iki əsgər xəsarətlə hospitala yerləşdirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
 
Bildirilib ki, yaralı əsgərlərin vəziyyəti kafidir.

 





04.05.2013    çap et  çap et