525.Az

Georgi Pryaxinin “Xəzər yuxuları” Azərbaycan dilində


 

Georgi Pryaxinin “Xəzər yuxuları” Azərbaycan dilində<b style="color:red"></b>

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan tanınmış rus nasiri, Aleksandr Qrin, Mixail Aleksandroviç Şoloxov, Valentin Katayev mükafatları laueratı, Rusiya Ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin “Xəzər yuxuları” kitabı işıq üzü görüb.

Bu barədə 525.az-a mərkəzdən məlumat verilib.

Bildirilib ki, əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı “Xəzər yuxuları” romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr – mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir.

Romanı dilimizə Etimad Başkeçid çevirib.

 





05.05.2017    çap et  çap et