525.Az

Prezident iranlı həmkarına başsağlığı verdi


 

Prezident iranlı həmkarına başsağlığı verdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!
 
Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
 
Allah rəhmət eləsin!"
 





05.05.2017    çap et  çap et