525.Az

“Sülhü daha da gücləndirməliyik”


 

“Sülhü daha da gücləndirməliyik”<b style="color:red"></b> ”Mədəni müxtəliflik əsrlər boyu Azərbaycanın zənginliyini nümayiş etdirən məqam olub”.
 
APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokova deyib.

O bildirib ki, bəşəriyyət bir ailədir: “Bu, UNESCO-nun dünyaya baxışıdır. Biz bəşəriyyətin zənginliyini mühafizə etməliyik. Biz qlobal vətəndaşlığı da təbliğ edirik. UNESCO üçün sülh, əmin-amanlıq vacibdir. Həmrəyliyə, anlaşmaya ehtiyacımız var. Biz innovasiyalara rəvac verməli, Azərbaycan prezidentinin qeyd etdiyi kimi, müxtəliflikləri qəbul etməliyik”.
 
UNESCO baş direktoru gənc nəslin radikalizmdən qorunması üçün proqramlar həyata keçirdiklərini söyləyib: “Biz qlobal problemlərə, münaqişələrin həllinə cavab verəcək fəaliyyət həyata keçirməliyik. Maarifləndirmə səviyyəsini artırmalıyıq. İrqçiliyə, potensial soyqırımlara qarşı önləyici tədbirləri, dialoqu, sülhü daha da gücləndirməliyik. Mədəni müxtəliflik bəşəriyyətin qürur mənbəyi olmalıdır”.
 





05.05.2017    çap et  çap et