525.Az

Ardanın meneceri "İnter"in direktoru ilə niyə görüşüb?


 

Ardanın meneceri "İnter"in direktoru ilə niyə görüşüb?<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Arda Turanın İtaliya "İnter"inə transfer oluna biləcəyi iddia edilib.

Qol.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçinin meneceri Ahmet Bulut İtaliya klubunun idman direktoru Piero Ausilio ilə görüşüb. Restoranların birində yemək yeyən sözügedən şəxslər arasında Arda Turanın transfer barədə danışıqların olduğu bildirilib.

Digər iddiaya görə isə, "Barselona" Ardanın transferi üçün 20 milyon avro təzminat istəyir.

Qeyd edək ki, A.Bulut bundan əvvəl A.Turanın Kataloniya klubunda qalacağını söyləmişdi.

 





05.05.2017    çap et  çap et