525.Az

Qurban Qurbanovdan qələbə şərhi


 

Qurban Qurbanovdan qələbə şərhi<b style="color:red"></b>

“İstər-istəməz futbolçularımda yorğunluq var idi. Buna baxmayaraq, onlardan razı qaldım. Bütün “Qarabağ” sevərləri təbrik edirəm. Naxçıvan əhalisinə də təşəkkür edirəm ki, bizlərlə oldular, bizi dəstəklədilər. Bir az istirahət edib, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

525.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ"yə qalib gələrək Azərbaycan kubokunu qazandıqları oyundan (2:0) sonra “CBC Sport”a açıqlamasında deyib.

O, qarşılaşmanın ağır keçdiyini bildirib: “Açığı, 2:0-dan sonra demək olar ki, bir az arxayınçılıq oldu. Amma 5 dəqiqə sonra yenidən həyəcan başladı. “Qəbələ” bundan sonra daha çox irəli atılmağa başladı, qol imkanları da oldu. Ehtiyatlanırdıq. Hakimin son fitindən sonra bildik ki, qələbə bizim oldu”.

Q.Qurbanov cənubi afrikalı hücumçu Dino Ndlovunun heyətə daxil edilməməsinin səbəbini də açıqlayıb:
“Bir az zədəsi var idi. İki gün əvvəl məşqin sonunda əzələsində ağrı hiss etdi. Biz də risq etmədik ki, zədəsi daha ciddi ola bilər”.

 





05.05.2017    çap et  çap et