525.Az

Qriqorçuk: “Bir oyun məşqçinin taleyinə təsir edə bilməz”


 

Qriqorçuk: “Bir oyun məşqçinin taleyinə təsir edə bilməz”<b style="color:red"></b>

“Qarabağ” bizdən güclü idi və layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları oyundan (0:2) sonra "CBC Sport"a açıqlamasında deyib.

Ukraynalı mütəxəssis məğlubiyyətin səbəbini belə izah edib: "Subotiçin yoxluğundan danışmaq istəmirəm. Komanda belə şeylərə hazır olmalıdır. Zədələr və bu kimi məsələlərə həmişə hazır olmaq lazımdı. 1-2 oyunçunun yoxluğunu komanda hiss etməməlidir”.

Qriqorçuk komandadakı gələcək taleyi ilə bağlı sualı da cavablandırıb:“Bir oyun məşqçi və ya futbolçunun gələcək taleyinə təsir edə bilməz”.

 





05.05.2017    çap et  çap et