525.Az

"Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"


 

"Neftin qiymətinin aşağı düşməsi ilə bağlı narahatlığa əsas yoxdur"<b style="color:red"></b> Dünya Bankı neft qiymətlərinin aşağı düşməsində narahatlığa əsas görmür.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Con Baffes bildirib.
 
“Biz bu kimi dəyişiklikləri çox görmüşük. Düzdür, son üç gün ərzində neftin qiyməti 5%-dən çox aşağı düşüb. Lakin mən son qiymət tənəzzülünü ilin sonunadək baş verəcək göstərici kimi qəbul etməzdim”, deyə C.Baffes bildirib.
 
Qeyd edək ki, son ucuzlaşma ilə əlaqədar bəzi KİV-lər OPEC-in hasilatı azaltmaqla qiymətləri sabit saxlamaq planının iflasa uğradığını iddia edib.
 





06.05.2017    çap et  çap et