525.Az

ABŞ mətbuatında Azərbaycan səfirinin məqaləsi dərc olunub


 

ABŞ mətbuatında Azərbaycan səfirinin məqaləsi dərc olunub<b style="color:red"></b>

 ABŞ-ın nüfuzlu qəzetində Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının vacibliyi haqqında məqalə dərc edilib.

APA-nın məlumatına görə, 3 may 2013-cü il tarixində Konqres üzvləri arasında xüsusi nüfuza malik “Roll Call” qəzetində səfir Elin Süleymanovun müəllifi olduğu, Kəlbəcərin işğalı ilə əlaqədar qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbulunun 20 illiyinə həsr olunmuş məqalə dərc edilib.
 
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bütövlükdə Avrasiya regionunda sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə edilir. Münaqişənin həllini tapacağı təqdirdə, Cənubi Qafqaz regionun daha da inkişafı və çiçəklənməsi baxımından əvəzsiz və illərdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından itirilmiş imkanlar açılacağı qeyd olunur.
 
Bu xüsusda, BMT TŞ-nin qəbul etdiyi qətnamələrin gec də olsa yerinə yetirilməsinin regionda beynəlxalq hüququn prinsiplərinə hörmət baxımından uğurlu presedent rolunu oynayacağı bildirilir.
 
Məqalə ilə aşağıdakı keçiddə tanış olmaq olar:
http://www.rollcall.com/news/us_and_others_must_address_unresolved_conflict_and_unmet_demands_in-224463-1.html?pg=1

 





06.05.2013    çap et  çap et