525.Az

Bakıda “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” konfransı


 

Bakıda “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” konfransı<b style="color:red"></b> Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” adlı konfrans keçirilir.
 
APA-nın məlumatına görə, konfransda YAP İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov və Bahar Muradova, dövlət və hökumət nümayəndələri, partiyanın yerli təşkilat rəhbərləri iştirak edirlər.
 
Konfransda “Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası” adlı kitab təqdim olunub.
 
Ə. Əhmədov çıxışında bildirib ki, Heydər Əliyevin bütün həyatı, ideyaları özü-özlüyündə islahatçılıq fəlsəfəsi idi:
 
“Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın həyatında baş verən dəyişiklikləri nəzər salsaq, bu fikrin nə qədər doğru olduğunu görərik. 1993-cü ilə qədər və o dövrdən sonrakı illərdəki Azərbaycan arasında bir-birindən fərqlənən iki Azərbaycan yaddaşımızda qalıb.

Xaos, anarxiya, ümidsizlik içərisində olan, tənəzzüldə yaşayan Azərbaycan ulu öndərin həyata keçirdiyi qətiyyətli islahatlar strategiyası nəticəsində ölkədə əmin-amanlıq bərqərar olub, iqtisadi islahatlar nəticəsində dinamik inkişaf edən Azərbaycan var. O dövrdən başlayan islahatlar strategiyası bu gün də prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Bu illərdə ölkə həyatının bütün sahələri bu islahatlar nəticəsində müsbət istiqamətdə dəyişib, müasir müstəqil Azərbaycan yaranıb. Heydər Əliyevin bütün ideyaları bir islahatçılıq nöqtəsidir”.
 





06.05.2017    çap et  çap et