525.Az

Maradona məşqçi karyerasını bərpa etdi


 

Maradona məşqçi karyerasını bərpa etdi<b style="color:red"></b> Dieqo Maradona uzun müddət sonra yenidən baş məşqçi kimi çalışacaq.
 
Apasport.az saytının məlumatına görə, argentinalı əfsanə Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Fujairah Sports Club”a təyin olunub.
 
Xarici mətbuatda gedən xəbərlərə görə, onunla 1 illik müqavilə imzalanacaq.
 
Qeyd edək ki, sonuncu dəfə 2011/12 mövsümündə BƏƏ-nin “Əl-Vəsl” komandasında işləmiş Maradona 5 il sonra yenidən iş başında olacaq.
 





08.05.2017    çap et  çap et