525.Az

Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır


 

Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır<b style="color:red"></b> Azərbaycan Məhkəmə-Hüquq Şurasının səlahiyyəti artırılır. Şuraya məhkəmələrin fəaliyyəti ilə bağlı yeni səlahiyyət verilir.
 
APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 11-ci (Məhkəmə-Hüquq Şurasının vəzifələri) maddəsinə yeni bənd təklif edilir.
 
Bəndə görə, Məhkəmə-Hüquq Şurası məhkəmələrin ərazi yurisdiksiyasını da müəyyən edəcək. Hazırda mövcud qanunvericiliyə görə, şura bununla bağlı yalnız təklif vermək səlahiyyətinə malikdir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.
 





08.05.2017    çap et  çap et