525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
 
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə 15-17° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
 
Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
 





08.05.2017    çap et  çap et