525.Az

”Nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur”


 

”Nikaha daxil olanların 5-7 faizi talassemiya daşıyıcısı olur”<b style="color:red"></b> “2015-ci ilin iyun ayından indiyə qədər ailə həyatı quran 258 521 nəfər nikahdan öncə müayinədən keçib. Onların 11 215-də daşıyıcılıq aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb”.

APA-nın xəbərinə görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov Beynəlxalq Talassemiya Günü ilə bağlı keçirilən tədbirdə bildirib.
 
Onun sözlərinə görə, bu vaxta kim talassemiya daşıyıcılığı aşkar edilən 26 cütlükdə hamiləlik baş verib. C.Məmmədov qeyd edib ki, onlardan 5 ailədə ailənin razılığı ilə hamiləlik dayandırılıb.

Digərlərində isə talassemiya daşıyıcısı və sağlam uşaqların dünyaya gəldiyini deyən direktor əlavə edib ki, daşıyıcılar praktik sağlam insanlardır və onların sağlamlıqla bağlı problemi olmur:

“Daşıyıcı olan 54 cütlük isə perinatal diaqnostika olunması üçün qeydə alınıb. Azərbaycanda aparılan son müayinələrin nəticələrinə görə, nikaha daxil olanların 5-7%-i talassemiya daşıyıcısı olur”.
 





08.05.2017    çap et  çap et