525.Az

Prezident akademik Rəfiqə Əliyevanın hüzr mərasimində


 

Prezident akademik Rəfiqə Əliyevanın hüzr mərasimində<b style="color:red"></b>

Mayın 8-də Heydər Məscidinə tanınmış kimyaçı alim, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyevanın hüzr mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev hüzr mərasimində iştirak edib.

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxundu.

Qeyd edək ki mərhum akademik ölkəmizdə kimya elminin inkişafına mühüm töhfələr verib.
Onun rəhbərliyi altında çox önəmli elmi tədqiqat işləri aparılıb. Bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olan R.Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.

Ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayaraq pedaqoji fəaliyyətlə məşğul olan alim ölkəmizdə analitik kimya sahəsində yeganə qadın akademikdir.

 





08.05.2017    çap et  çap et