525.Az

İslamiadanın açılış və bağlanış günlərində metro 02:00-dək işləyəcək


 

İslamiadanın açılış və bağlanış günlərində metro 02:00-dək işləyəcək<b style="color:red"></b> IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri günlərində xüsusi marşrut avtobusları və metro stansiyaları gecə saat 02:00-a qədər fəaliyyət göstərəcək.
 
APA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
 
M. Ağayev deyib ki, 3 xüsusi ekspress marşrutu üzrə tamaşaçıların daşınması üçün 228 nəqliyyat vasitəsi ayrılıb:

"Ehtiyac olarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Tamaşaçılardan xahiş edirik ki, biletləri özləri ilə götürsünlər. Biletsiz sərnişinlər ekspress avtobuslardan pulsuz istifadə edə bilməyəcəklər".
 





08.05.2017    çap et  çap et