525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Mayın 10-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.
 
Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 14-16° isti, gündüz 27-29° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
 
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
 





09.05.2017    çap et  çap et