525.Az

İslamiada ilə əlaqədar Belarusdan böyük nümayəndə heyəti gələcək


 

İslamiada ilə əlaqədar Belarusdan böyük nümayəndə heyəti gələcək<b style="color:red"></b> IV İslam Həmrəyliyi Oyunlarının açılışı ilə əlaqədar Belarusdan Azərbaycana böyük nümayəndə heyəti gələcək.
 
APA-nın məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.
 
Səfir deyib ki, Azərbaycanın beynəlxalq yarışlar keçirmək təcrübəsini öyrənmək üçün müxtəlif nazirlik və idarələrin nümayəndələri Bakıya gələcək.
 
"Belarus II Avropa oyunlarına ev sahibliyi edəcək. Biz Azərbaycanda yaranan bu gözəl ənənəni davam etdirmək istəyirik. Bu təcrübəni öyrənmək üçün Minsk şəhər Administrasiyasının rəhbərliyi, İdman, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinin rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək", - deyə diplomat vurğulayıb.
 





09.05.2017    çap et  çap et