525.Az

“Finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm”


 

“Finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm”<b style="color:red"></b> Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini deyib.
 
“Ölkəmizi  “Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.    
 
Mən komandam ilə  finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, - deyə Diana Hacıyeva bildirib.
 





10.05.2017    çap et  çap et