525.Az

Fransada Kamal Abdullanın romanı təkrar nəşr olundu


 

Fransada Kamal Abdullanın romanı təkrar nəşr olundu<b style="color:red"></b>

Zaman-zaman fetişləşdirilmiş, tarixən bir növ ədəbiyyat və mədəniyyət idollarına çevrilmiş, ictimai şüurda “toxunulmaz” statusu almış tarixi-mifoloji obrazların statik estetik kateqoriyalar kontekstindən çıxarılıb, onlara yeni həyat verilməsi...

Əsərlərinin tarixi fonu və bədii özünəməxsusluğu, mətnin çoxsaylı interpretasiyasına yol açan yazı tərzi...

Çoxsaylı məna sayrışmaları və “ikili kodlaşdırma” prinsipləri, rəsmi şərtiliklərin dekanonizasiyası... və s.

Bu təyinlər yazıçı Kamal Abdullanın çağdaş bədii dünya təcrübəsi ilə uzlaşan yazı manerası və üslubu ilə bağlı xarici ölkələrin mətbuatında dərc olunan araşdırma yazılarının ümumi səciyyəsinin yalnız bir aspektidir.

Bu mənada Kamal Abdulla müasir Azərbaycan ədəbiyyatını xarici ölkələrdə uğurla təmsil edən az-az yazıçılarımızdandır. Onun əsərlərinə göstərilən marağın genişlənən coğrafiyası da bunu göstərməkdədir. Bu günlərdə Litva yazıçılarının “Literatura Menas” jurnalı da yazıçının yaradıcılığına geniş yer ayırıb. Jurnalda Kamal Abdullanın “Səhvlərimizin qrammatikası” silsiləsindən olan  “Korneliusun ölümü” hekayəsi çap olunub və əlavə olaraq, onun Litvada nəşr olunmuş “Sehrbazlar dərəsi” romanı haqqında ədəbiyyatşünas Tomas Taşkauskasın böyük məqaləsi yer alıb.

Yazıçının məşhur “Yarımçıq əlyazma” romanı ilə bağlı Fransadan gələn xəbərdə isə deyilir ki, roman “L. Harmattan” nəşriyyatında təkrar çap edilib. Romanın ikinci nəşrinin dizaynında müəyyən dəyişiliklər edilib və Amerika nəşrində olduğu kimi “Müəllimlərimə və tələbələrimə” ithaf sözləri əlavə olunub.

 





06.05.2013    çap et  çap et