525.Az

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi


 

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları və yaxınları Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
 
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
 
Azərbaycan Respublikasının dövlət himni səslənib.
 
Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.
 
Ziyarət mərasimində baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
 





10.05.2017    çap et  çap et