525.Az

“İrəli” sədri “Heydər Əliyev zirvəsi”ndə


 

“İrəli” sədri “Heydər Əliyev zirvəsi”ndə <b style="color:red"></b>

Mayın 7-də “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və katibliyi ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü ilə bağlı Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər Əliyev zirvəsi”nə qalxıblar.

Təşkilatdan verilən məlumata görə, “İrəli” İctimai Birliyinin rəhbərliyi 3571 m məsafəni qət edib, Azərbaycan bayrağını, “İrəli” İctimai Birliyinin bayrağını “Heydər Əliyev zirvəsi”ndə dalğalandırıblar. 2 gün davam edən yürüşdə iştirakçılar kamp şəraitində çadırda qalıblar.

Qeyd edək ki, hər il ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində “Heydər Əliyev zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kütləvi yürüşlərin təşkil olunması artıq ənənəyə çevirilib.

Yürüş iştirakçıları Azərbaycan Hava və Ekstremal idman növləri Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş “Heydər Zirvəsi”nə müvəffəqiyyətlə yürüş etdiklərinə görə sertifikatla təltif olunub.

Ceyhun ABASOV

 





10.05.2017    çap et  çap et