525.Az

Rəşad Məcid və Xəyal Rzanın kitabları Türkiyədə təqdim ediləcək


 

Rəşad Məcid və Xəyal Rzanın kitabları Türkiyədə təqdim ediləcək<b style="color:red"></b>

Türkiyədə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasındakı razılaşma çərçivəsində Birliyin gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Dəlicəsinə" və AYB mətbuat katibi, şair Xəyal Rzanın "Eşq olsun" adlı kitabları türk dilində işıq üzü görüb.

İLESAM-dan verilən xəbərə görə, hər iki nəşr mayın 13-də Ankaradakı Türk Tarix Qurumunda təqdim ediləcək.

R.Məcidin kitabında müxtəlif illərdə yazdığı esselər, X.Rzanın kitabındasa şeirlər toplanıb.

Bundan əvvəl - 2015-ci ildə Avrasiya Yazarlar Birliyi “Bengü” nəşriyyatında R.Məcidin bütün şeirlərinin toplandığı “Bir daha gəlməyəcək” kitabını çap edib.

CAVİD

 





10.05.2017    çap et  çap et