525.Az

“Əlilliyin artması hər kəsi narahat edir”


 

“Əlilliyin artması hər kəsi narahat edir”<b style="color:red"></b> “Azərbaycanda əlilliyin verilmə qaydası elektronlaşdırılıb. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq edilir”.
 
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, bu sistem daha da təkmilləşdirilir:

"Əlilliyin sayının artması daim hər kəsi narahat edir. Söz yox ki, səhiyyə işçiləri tərəfindən doldurulan “Forma-088”in verilməsində problemlər var.

Bu məsələ yanvar ayında nazirlikdə müzakirə edildi və bir sıra tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi. Sonradan isə nazirliyin kollegiya iclası keçirildi. İclasın nəticəsində tibb işçilərinə ciddi tapşırıqlar verildi və cəzalandırılanlar oldu. Düşünürük ki, bunlar öz bəhrəsini verəcək”.
 





10.05.2017    çap et  çap et