525.Az

ADMİU tələbələri Ağsuda


 

ADMİU tələbələri Ağsuda<b style="color:red"></b>

Ağsu rayon İcra Hakimiyyəti və Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş konsert proqramında iştirak ediblər.

Universitetdən 525.az-a verilən məlumata görə, Ağsu Mədəniyyət Sarayında baş tutan konsertdə Muğam sənəti kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Xalq artisti Simarə İmanova "Şur" təsnifi və baş müəllim, Xalq artisti Gülyanaq Məmmədova "Segah" təsnifi ifa edib. Musiqi sənəti fakültəsinin tələbələri Rəvan Qaçayev B.Kərimovun "Heydər Babaya salam", Cəlal Məlikli T.Quliyevin "Əziz surət", Əflatun Pirizadə, Günay Mehdiyeva "Qızılgül" xalq mahnısı, Kamilə Nəbiyeva Ə.Məmmədovun "Mənim Azərbaycanım", Məftun Səfərli Ə.Tağıyevin "Azərbaycan oğluyam", Rasim Səfərəliyev "Popuri", Xalid Zalışlı R.Məmmədovun "Yaşa mənim xalqım", Kamil Qədimzadə Z.Abdullayevin "Olmaz, olmaz", məzunlar Məharət Şərifli Şirvan gözəlləməsi, Murad Kəngərli Ə.Məmmədovun "Vətən yaxşıdır" mahnısını və Ağsu sakini Daşqın Kürçaylı "Şur" təsnifini səsləndiriblər.

Konsert IV kurs Kinoşünaslıq ixtisası tələbəsi Abbasağa Əlizadənin aparıcılığı və Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti, dosent Zamiq Əliyevin rəhbərliyi altında Xalq çalğı alətləri ifaçılığı ansamblının üzvləri Ruslan Zərbəliyev , Fizzə Cabbarova , Nurlan Abdullazadə, Fərrux Haşımlı , Zamin Qasımzadə, Sadiq Quliyev və Hüseyn Əsədovun müşayiəti ilə davam edib.

Tədbirin sonunda Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, dosent Ellada Hüseynova və professor, Xalq artisti, dosent Zamiq Əliyev Ağsu rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildiriblər. İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev də öz növbəsində Universitetin professor-müəllim və tələbə heyətinə fəaliyyətində uğurlar arzulayıb, əməkdaşlıqdan məmnunluq duyduğunu və əlaqələrin davamlı olacağını bildirib.

 





10.05.2017    çap et  çap et