525.Az

Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq


 

Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq<b style="color:red"></b> Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa bəstəkarın yubileyinə həsr olunub.
 
Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.
 
Tamaşa Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir. Əsas rolları Xalq artisti Qərinə Kərimova (Əsli), Əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa edəcəklər.

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
 





10.05.2017    çap et  çap et