525.Az

"Heydər Əliyev özünə və ətrafındakılara qarşı çox tələbkar idi"


 

"Heydər Əliyev özünə və ətrafındakılara qarşı çox tələbkar idi" <b style="color:red"></b>

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar SSRİ Nazirlər Soveti Sədri Katibliyinin sabiq müdir müavini Vladimir Uxov "Report"un Rusiya bürosuna müsahibə verib.

- Heydər Əliyevlə 5 il birlikdə işləmisiniz. Onunla işləmək çətin idi?

- İş fəaliyyəti ərzində yaxşı qarşılıqlı anlaşma qurmuşduq. Onun idarəetmə təcrübəsi həddindən artıq çox idi və mənə sadəcə, bundan faydalanmaq, özüm üçün nə isə öyrənmək və öhdəmə düşən işi yerinə yetirmək qalırdı.

Hökumət sədri Nikolay Rıjkov məzuniyyət, xəstəlik zamanı və ya şəxsi istəyi ilə işdən ayrıldığı zaman Heydər Əliyev onu tez-tez əvəz edərdi. Bir dəfə o, Siyasi Büronun iclasında Heydər Əliyevdən güc və hüquqi strukturların idarə olunmasındakı islahatlar layihəsini oxumağı xahiş etmişdi. Bu sahə Heydər Əliyevə heç tanış deyildi, çünki o başqa strukturları kurasiya edirdi. Mövzu hüquqi məsələlər haqqında olduğundan, çıxış üçün materialları hüquqşünaslar hazırlmalı idi. Ancaq onlar işlərinin öhdəsindən bərbad gəlmişdi.

Xoşbəxtlikdən işimi ehtiyatlı tutub özüm də hesabat hazırlamışdım. Yekunda bir qədər düzəliş edildikdən sonra məhz o, oxundu. O zamana qədər artıq Heydər Əliyevin özünə və ətrafındakılara qarşı yüksək tələblər qoyduğunu gözəl başa düşürdüm.

- Onun fəaliyyəti ilə bağlı hansı epizodları xatırlayırsınız?

- O, fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Komissiyaya rəhbərlik edəndən sonra yaşanmış iki hadisəni xatırlayıram. Hər iki halda dəniz qəzası baş vermişdi: 1983-cü ildə "Aleksandr Suvorov" teploxodu Ulyanovskda körpüyə dəyərək qəza törətmişdi, 1986-cı ildə isə "Admiral Naximov" buxar gəmisi "Pyotr Vasev" yük gəmisi ilə toqquşmuşdu. Son qəzanın faciəvi nəticələri oldu, çox sayda insan öldü və yaralandı. İnsan ölümü və "Admiral Naximov" gəmisinin qəzaya uğraması ona yaman pis təsir etdi. Orada olduğumuz üç həftə ərzində Heydər Əliyev keçirdiyi narahatlıqdan ciddi şəkildə arıqladı. Daim istidə olduğuna görə yaxşıca qaraldı. Onu nə buna qədər, nə də bundan sonra belə görməmişdim.

Anlamaq lazımdır ki, belə qəzalar onun nəticələrini aradan qaldıranlar üçün çox çətindir. Axı həlak olanların yaxınları, qohumları ilə danışmaq, kompleks çətin məsələləri yerində həll etmək lazımdır. Heydər Əliyevin əsas vəzifəsi məhz insanlar sakitləşdirmək idi. O, ölən və yaralananların qohumlarının görüş istəyinin heç birini yerə salmır, hamıya kömək edəcəyini söz verir və özü dövlətin qəbul etdiyi qərarların vaxtında yerinə yetirilməsinə nəzarət edirdi.

Günlərin birində qəzaya uğramış gəminin kapitanının oğlu ona yaxınlaşaraq atasının günahkar olmadığını, onu mühakimə etməməyimizi istədi. Heydər Əliyev ona insani formada cavab verdi: "Baş verən hadisədə sənin günahın yoxdur. Amma, oğlum, sən buralardan qaç, yoxsa səni tikə-tikə edərlər".

Novorossiyskdə Heydər Əliyev hər gecə Dənizçilər Evində görüş keçirir, dənizçilərin qohumlarının sullarını cavablandırırdı. Dəhşətli isti olduğundan təşkilatçılarda da müəyyən axsamalar olurdu.

Heydər Əliyev dəniz donanması nazirinin müavinini Komissiyada işdən azad edib və nazirdən başqa adanm göndərməsini xahiş edib. Komissiyanın heyətini Siyasi Büro müəyyənləşdirdiyindən, bu, çox cəsarətli addım idi.

Ümumiyyətlə, o, qətiyyətliliyi ilə fərqlənib, heç vaxt düşünülməmiş qərar qəbul etməyib. Çoxları elə bilir ki, qətiyyətli olmaq dərhal sözü üzə demək, nəyisə kəsmək və s. formada olur. Amma, bu, belə deyil. Heydər Əliyev qulaq asır, sual-cavab edir və yalnız bundan sonra qərar qəbul edirdi. O, yalnız qərar qəbul etməkdə yox, həm də onun sona qədər həyata keçirilməsində qətiyyətli idi.

 





10.05.2017    çap et  çap et