525.Az

Rəşad Sadıqovun məşqçi kimi ilk çempionluğu


 

Rəşad Sadıqovun məşqçi kimi ilk çempionluğu<b style="color:red"></b>

Milli komandamızın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov baş məşqçi kimi ilk titulunu qazanıb.

Qol.az-ın xəbərinə görə, onun çalışdırdığı "Qarabağ"ın U-19 komandası vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.

U-19 Liqasının 31-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Xallarını 84-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal geridə qoyub və sona 3 tur qalmış çempion adını qazanıb.

Rəşad Sadıqovun komandası ölkəmizi UEFA Gənclər Liqasında (Çempionlar Liqasının analoqu) təmsil edəcək.

Qeyd edək ki, R.Sadıqov "Qarabağ"ın U-19 komandasına bu mövsümdən rəhbərlik edir.

 





10.05.2017    çap et  çap et