525.Az

Saatlıda güclü zəlzələ


 

Saatlıda güclü zəlzələ <b style="color:red"></b> Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.
 
Mərkəzdən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
 
Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.
 
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
 
Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.
 





11.05.2017    çap et  çap et