“Azərtac” dövlət agentliyinin ABŞ-dakı müxbiri Şəfəq Mehrəliyeva ordakı fəaliyyətini dayandıraraq Bakıya dönüb.
525.az-ın məlumatına görə, bundan sonra o, fəaliyyətini Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında davam etdirəcək.
Xatırladaq ki, Şəfəq Mehrəliyeva 10 ildən artıq idi ki, ABŞ-da fəaliyyət göstərirdi. Ağ Ev, Dövlət Departamenti və bir çox təşkilatlarda akreditasiyadan keçmişdi.
çap et