525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Mayın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
 
Havanın temperaturunun gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.
 
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 





11.05.2017    çap et  çap et