525.Az

“Bilirik ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal altındadır”


 

“Bilirik ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal altındadır”<b style="color:red"></b> “Azərbaycanla İordaniya arasında əlaqələr yüksək səviyyədə inkişaf edir”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravneh deyib: “Əlaqələr əsasən İordaniya Kralı ilə Prezident İlham Əliyev arasında dostluq münasibətləri və iki xalq arasındakı münasibətlərə söykənir. Ümid edirəm ki, mənim səfərim bu əlaqələrin daha da inkişaf etməsi üçün öz töhfəsini verəcək”.
 
Bu gün bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir və xarici işlər naziri ilə görüşəcəyini deyən Atef Taravneh görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı və müştərək problemləri müzakirə edəcəklərini bildirib: “Biz bilirik ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal altındadır. Bu problemin aradan qaldırılması üçün İordaniya beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.
 
Ötən gün Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşdüyünü deyən palata sədri Milli Məclis sədrini İordaniyaya dəvət etdiyini bildirib: “Əminəm ki, onun səfəri yaxında baş tutacaq və bu, əlaqələrin inkişafına öz töhfəsini verəcək”.
 
Bakıda İslam Həmrəyliyi oyunlarının keçirilməsini müsbət qiymətləndirən parlament sədri bu oyunların Azərbaycanda yüksək tolerantlıq göstəricisi olduğunu vurğulayıb: “Şadıq ki, ölkəmiz də bu oyunlarda iştirak edir”.
 
İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Atef Taravneh bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
 





11.05.2017    çap et  çap et