525.Az

Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi aldı


 

Xəzər Dəniz Gəmiçiliyi 650 min dollara yeni gəmi aldı<b style="color:red"></b> "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb.

"APA-Economics" xəbər verir ki, "GidroTrans" MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.
 
Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb.
 
Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb.

2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.
 





11.05.2017    çap et  çap et