525.Az

"Ola bilsin ki, Küveyt idmançıları İslamiadada iştirak etsinlər"


 

"Ola bilsin ki, Küveyt idmançıları İslamiadada iştirak etsinlər"<b style="color:red"></b> Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Oyunlarında Küveyt idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməməsinə münasibət bildirib.
 
Səfir APA-nın sualına cavab olaraq bildirib ki, bu məsələnin yaxın gələcəkdə həll edilməsi gözlənilir.
 
Diplomatın sözlərinə görə, idmançıların yarışda iştirakı məsələsi Küveyt dövləti ilə Beynəlxalq Olimpiya Komitəsi arasında həll edilir.
 
Səfir qeyd edib ki, bu, Küveytin Azərbaycandakı səfirliyinə aid məsələ olmadığı üçün bu barədə dəqiq məlumatı yoxdur: "Amma bu məsələnin həlli gözlənilir. Ola bilər ki, iştirak etsinlər".
 





11.05.2017    çap et  çap et