525.Az

"Caspian Energy Georgia" sentyabrdan fəaliyyətə başlayır


 

"Caspian Energy Georgia" sentyabrdan fəaliyyətə başlayır<b style="color:red"></b>

Sentyabr ayından etibarən Gürcüstanda "Caspian Energy Georgia" şirkəti fəaliyyətə başlayacaq.
Bu barədə "APA-Economics"ə şirkətdən məlumat verilib.

"Caspian Energy Georgia Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group-un mənafeyini təmsil edəcək”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
 
Onun sözlərinə görə, bu şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılır.
 
T.Əliyev qeyd edib ki, Caspian Energy Georgia Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq, seminar və dəyirmi masaların, illik Caspian Energy Forumun təşkili ilə məşğul olacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq Caspian Energy Award, Caspian Business Award, Caspian CEO Award və Brand Award mükafatlarının təqdimetmə mərasimi təşkil olunacaq. Gələcəkdə Gürcüstanın iqtisadi inkişafına və investisiya cazibədarlığına həsr olunacaq ayrıca rüblük Caspian Energy jurnalının çapı planlaşdırılır.
 
“Caspian European Club Georgia və Caspian American Club Georgia-ya üzv olan bütün şirkətlər Azərbaycan, Qazaxıstan və Türkiyədə Caspian European Club, Caspian American Club və Caspian Energy İnternational Media Group-un himayəsi altında keçirilən bütün tədbirlərdə  ödənişsiz əsaslarla iştirak edə biləcəklər”, - deyə o qeyd edib.

Caspian European Club-a daxil olmaq istəyən şirkətlər http://www.caspianenergy.org/ saytında qeydiyyatdan keçə bilərlər.

 





11.05.2017    çap et  çap et