525.Az

Əli Hüseynli Moskvaya gedir


 

Əli Hüseynli Moskvaya gedir<b style="color:red"></b> Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  mayın 12-də Rusiyaya səfər edəcək.
 
MM-dən APA-ya verilən məlumata görə, Ə. Hüseynli Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək.

Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi  ilə bağlı məsələlər müzakirə olunacaq.
 
Səfər mayın 15-də başa çatacaq.
 





11.05.2017    çap et  çap et