525.Az

Astara sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır


 

Astara sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır<b style="color:red"></b> İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Astara rayonunda işgüzar forum keçirib.
 
SKMF-dan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
 
- ixtisaslaşdırılmış yaşıl market, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı), bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin
yaradılması.
 
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
 





12.05.2017    çap et  çap et