525.Az

“IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları


 

“IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları <b style="color:red"></b> Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları nəşr olunub.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.
 
Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.
 
“Belarusskiy dom peçati”də nəşr olunan markaların tirajı 10 min, ölçüləri isə 40 x 28 mm təşkil edir. Poçt markalarının nominal dəyəri isə 5 qəpikdir.
 
Məlumat üçün bildirək ki, “IV İslam Həmrəyliyi Oyunları”nda 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
 





12.05.2017    çap et  çap et